Qətərin "Əl-Sədd" klubuna rəhbərlik edən Xavi ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Komandasını məğlubiyyətsiz çempion edən ispaniyalı mütəxəssis ölkə kubokuna da sahib çıxıb.
"Əl-Sədd"in yarımmüdafiəçisi Santi Kasorla isə mövsümün futbolçusu seçilib. İspaniyalı oyunçu meydana çıxdığı 20 görüşdə 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !