Xavi mövsümün baş məşqçisi seçildi

22:00 | 09.07.2021
Xavi mövsümün baş məşqçisi seçildi

Xavi mövsümün baş məşqçisi seçildi

Qətərin "Əl-Sədd" klubuna rəhbərlik edən Xavi ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Komandasını məğlubiyyətsiz çempion edən ispaniyalı mütəxəssis ölkə kubokuna da sahib çıxıb.

"Əl-Sədd"in yarımmüdafiəçisi Santi Kasorla isə mövsümün futbolçusu seçilib. İspaniyalı oyunçu meydana çıxdığı 20 görüşdə 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xavi 2019-cu ildən "Əl-Sədd"in sükanı arxasındadır. Onun 2023-cü ilədək müqaviləsi var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM