"Barselona"nın futbolçusu Xavi Hernandez Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə oyun öncəsi fikirlərini bildirib.Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, ÇL-də ispan klubları ilə qarşılaşmağı sevmədiyini deyib:"İspan klubları ilə oynamaqdansa, Avropa klublarından biri ilə oynamaq daha yaxşı olardı. Çünki "Atletiko" bizi yaxşı tanıyır. Madrid təmsilçisi rəqibə çətinlik yarada biləcək bir rəqibdir. Onların Koke, Kosta, Arda kimi önəmli futbolçuları var. Hər iki komandanın şansları eynidir".Qeyd edək ki, "Barselona" - "Atletiko" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !