Xavi: "Mourinyonun oyun fəlsəfəsini bəyənmirəm"

09:07 | 08.01.2014
Xavi: "Mourinyonun oyun fəlsəfəsini bəyənmirəm"

Xavi: "Mourinyonun oyun fəlsəfəsini bəyənmirəm"

"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez "Çelsi"nin baş məşqçisi Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib.Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu Mourinyonun futbol fəlsəfəsini bəyənmədiyini bildirib:"Qvardiola mənim üçün özəl birisidir. Mourinyo isə sadəcə hesaba köklənmiş bir məşqçidir. O, özünün xüsusi biri olduğunu düşünür. Çünki bir çox ölkədə uğur qazanıb. Ancaq onun futbol fəlsəfəsini bəyənmirəm. Mourinyonun komandaları əsasən hesaba köklənirlər. "İnter"lə Çempionlar Liqasını qazandığı dönəm də xüsusi heç nə ilə yadda qalmadı. O, ayrıldığı komandalarda iz buraxan biri deyil. Mənim üçün əfsanə Yohan Kroyfun Hollandiyası idi".Qeyd edək ki, Xavi daha öncə Mourinyonu "Real"da işləyərkən İker Kasilyasla aralarında olan soyuq münasibətə görə tənqid etmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM