AXCP sədrinin köməkçisi yenə həbs edildi

10:59 | 26.05.2020
AXCP sədrinin köməkçisi yenə həbs edildi

AXCP sədrinin köməkçisi yenə həbs edildi

Mayın 25-də Sabirabad rayon Məhkəməsi (Bakıdan 170 kilometr cənub-qərb), Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlini İnziabti Xətalar Məcəlləsinin 510-cu (ictimai qaydanı pozma) maddəsi ilə təqsirli bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Turana  Faiq Əmirlinin ailəsindən bildirblər.

"Biz ailəlikcə Faiqin  valideynlərini ziyarət etmək  üçün onun anadan olduğu Sabirabad rayonunun Rüstəmli kəndinə gəlmişik. Bu gün saat 15-də bir polis əməkdaşı və bir mülki geyimli şəxs gəldi ki, rayonun polis rəisi Faiqlə söhbət etmək istəyir. Faiq onlarla getdi, saat19-da Faiq zəng etdi ki, məhkəmə ona 15 sutka inzibati həbs kləsib,” Əmirlinin həyat yoldaşı Amerikanın Səsinə deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM