"Xəbər ANı": İntiqam Əliyevə hökm oxundu

22:10 | 22.04.2015

"Xəbər ANı": İntiqam Əliyevə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevə hökm oxunub. 

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev son söz deyib və daha sonra hökm elan olunub. Məhkəmənin hökmünə əsasən İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Hüquq Maarifçiliyi Cəmiyyətində (HMC) mühasib işləyən Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər.

ANN.TV-nin çəkiliş qrupunun məhkəmə prosesi haqqında hazırladığı süjeti oxuculara təqdim edirik.

Hazırladılar: Fərqanə Novruzova
Rasim Əliyev 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM