Xəbər ANı:"Bakı-2015"dən miras qalan sarı zolaqların taleyi - ANN.TV

09:48 | 03.07.2015
Xəbər ANı:

Xəbər ANı:"Bakı-2015"dən miras qalan sarı zolaqların taleyi - ANN.TV

Oyunlara təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqdan istifadə həmin ərazidə yerləşdiriləcək yol nişanlarından asılı olacaq. Artıq bununla bağlı qərar çıxarıldı. Belə ki, nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları olan yerdə minik maşınlarına hərəkət etmək qadağandır və bu halda sürücülər həmin zolaqlara çıxa bilməzlər. Əks halda, onları cərimə gözləyir. Yük avtomobillərinin isə sarı zolaqlarla hərəkəti ümumiyyətlə qadağandır. Bəs görəsən tətbiq edilən yeni qaydalar sürücülərin ürəyincədirmi?
 
ANN.TV-nin çəkiliş qrupunun əməkdaşları bu mövzunu işıqlandıran video-süjet hazırlayıb. Bakı şəhərində avtomobil idarə edən sürücülər bu yeni qayda ilə bağlı fikirlərini açıqlayıblar, yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə son qərarı belə şərh edib.
 
Hazırlanmış video-süjetə baxa bilərsiniz.
 
Müəlliflər: Babək Mirzəzadə
Şahpəri Abbasova
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM