"Televiziyaların xəbər proqramlarının dili ilə bağlı monitorinqin növbəti mərhələsi Aztv, "Mədəniyyət" və "İdman" televiziyalarının xəbər proqramlarında aparılacaq.
"Report" xəbər verir ki, bunu AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, dil normaları ən çox "Lider" televiziyasının "Səda" xəbərlər proqramında pozulur: "Aprelin 17-də nəticələrini açıqladığımız monitorinqlər əsasən xəbər proqramlarının üzərində aparılıb. İkinci ən çox dil qüsurlu kanal isə "Space"də olub. Ən az qüsur ATV, İTV və ANS-də qeydə alınıb. Pozuntuların əsas səbəbi mətnlərin efirə çıxmamışdan əvvəl redaktə olunmamasıdır. Ona görə də xəbərlər efirə tam hazır olmadan çıxır. Üslub və tələffüs nöqsanları daha çoxdur".
Q. Məhərrəmli onu da qeyd edib ki, ən çox qüsurlar və pozuntular xəbərlərdə gedən alt yazılarda olur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !