XƏBƏRDARLIQ! Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - VİDEO

10:10 | 05.04.2020
XƏBƏRDARLIQ! Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - VİDEO

XƏBƏRDARLIQ! Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - VİDEO

"Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar".
Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev "Xəzər Xəbər"ə açıqlamasında deyib.
Onun sözlərinə görə dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görsə də, qadağalara əməl etmək istəməyən vətəndaşalar da var ki, onlar infeksiyanın yayılması üçünzəmin yaradırlar.
"Dünyanı cənginə alan koronavirus pandemiyasının qarşsının almaq üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülsə də , hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar".
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ''Xəzər Xəbər''-ə açılamasında belə deyib. O bütün vətəndaşlara tələblərə riayət etməklə bağlı müraciət edib.
Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir. Bunun üçün də insanlar çölə çıxmamalı və gigyenik təmizliklərinə xüsusi ilə diqqət etməlidirlər.
İbadulla Ağayev vətəndaşları karantin rejimi ilə bağlı növbəti gündən eitbarən tətbiq ediləcək xüsusi qaydalara ciddi əməl etməyə çağırıb.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb