Xədicə İsmayılın vəsatəti təmin edilmədi

18:19 | 28.04.2015
Xədicə İsmayılın vəsatəti təmin edilmədi

Xədicə İsmayılın vəsatəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

X. İsmayılın vəkili Fariz Namazlının APA-ya verdiyi məlumata görə, ilkin baxış iclasında məhkəmənin istintaqla aparılması barədə vəsatət verilib, lakin məhkəmə vəsatəti təmin etməyib.

Proses mayın 13-də davam etdiriləcək.

F. Namazlı məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, Elman Həsənov (Türkoğlu) X. İsmayılovanın "facebook” sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Binəqədi Rayon Məhkəməsi isə X. İsmayılovanın 2500 manat cərimələnməsi barədə qərar çıxarıb. Həmin qərardan X. İsmayıl vəkili vasitəsi ilə apellyasiya şikayəti verib.

X. İsmayılova ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM