Xerardo Martino "Barselona"dan ayrılacaq?

23:45 | 23.12.2013
Xerardo Martino "Barselona"dan ayrılacaq?

Xerardo Martino "Barselona"dan ayrılacaq?

"Barselona"nın baş məşqçisi Xerardo Martino Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis deyib ki, mövsümün sonu heç yerə getməyəcək. Ancaq o, komandası uğursuz çıxış edərsə, ayrılmasını da mümkün hesab edib: "Barselona"da çox rahatam. Hazırda heç bir yerə getmək fikrim yoxdur. Əgər "Barsa" nəticələri məni qane etməsə, üç gündə hər şey dəyişə bilər".Qeyd edək ki, X.Martinonun mövsümün sonunda Kataloniya klubundan ayrılacağı iddia edilirdi. Səbəbin isə baş məşqçinin bəzi qərarlara görə tənqid olunmasından bezdiyi bildirilirdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM