Xərçəng bütün bədənimə yayılıb - “Toppuş bacı”

20:51 | 03.07.2022
Xərçəng bütün bədənimə yayılıb - “Toppuş bacı”

Xərçəng bütün bədənimə yayılıb - “Toppuş bacı”

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva hər həftə kimyaterapiya alır.

Bu haqda "Toppuş bacı" ləqəbli aktrisa instaqramda canlı yayımda deyib. O bildirib ki, şiş bütün bədəninə yayılıb.

"Beş ildir xərçəngdən müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm.

Kimyaterapiya həddən artıq çox alıram. Dərəcəsi də yüksəkdir. Anlayıram ki, Allah nə yazıbsa, o da olacaq. Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Kimya limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə, bütün bədənimə yayılıb".(yenisabah)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb