B 17 vitamini xərçəng diaqnozu qoyulan xəstələr üçün çox faydalıdır, amma bir çox ölkələrdə əczaçılıq şirkətləri bu vitaminlərin satılmaması üçün əlindən gələni edirlər. Bunun səbəbi çox elementardır, əks halda xərçəng xəstələri tez sağalacaq, əczaçılar isə onlara daha çox gəlir gətirən, davamlı satdıqları, amma xərçəngi sağaltmayan digər dərmanları satıb çoxlu pul qazana bilməyəcəklər.
Rusiya mətbuatının məlumatına görə, öz xəstələrinin müalicəsində B17 vitaminindən istifadə edən və onları ölümdən xilas edən həkimlər təqib edilir. Bir çox xarici saytlarda çıxan xəbərlərdə qeyd edilir ki, bu mövzunu içtimailləşdirmək qadağandır. Bu ACF-nin, Amerika Onkoloji Cəmiyyəti və Amerika Tibb Assosiasiyası oyununun bir hissəsidir.
B17 vitamini onkoloji xəstəliklərlə mübarizədə istifadə olunur. İddialara görə, bu vitaminin tətbiqi bədxassəli şişləri tamamilə məhv etməyə qadirdir. Kimyəvi üsulla müalicədən imtina edən bəzi xəstələrin yeganə müalicə vasitəsi də В17 vitamini olub.
Qeyd etmək vacibdir ki, B17 vitamini ərik çəyirdəklərində olur və düzgün istifadə olunması zamanı böyük üstünlükləri təmin edir. Ümumiyyətlə ərik çəyirdəyi qiymətli maddələrlə zəngindir. Zəngin tərkibi sayəsində ərik çəyirdəyi xalq təbabətində geniş istifadə olunur. Ondan müxtəlif parazitlər, həmçinin bağırsaq qurdları ilə mübarizədə tətbiq olunur. Həmçinin ərik çəyirdəyi göy öskürəyin, bronxitin və nefritin müalicəsi üçün effektiv vasitədir.
Ərik çəyirdəyindən əldə edilən yağ hələ orta əsrlərdə qiymətli məhsul hesab olunurdu. Onun dəyəri qızıla bərabər idi. Bu yağ sağaldıcı, yumşaldıcı, qurdqovucu, həmçinin bədəni gənc saxlayan antioksidant təsirə malikdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !