Xərçəngdən əziyyət çəkən əməkdar artistin ölüm xəbəri yayıldı

14:04 | 06.12.2018
Xərçəngdən əziyyət çəkən əməkdar artistin ölüm xəbəri yayıldı

Xərçəngdən əziyyət çəkən əməkdar artistin ölüm xəbəri yayıldı

"Bu şəhərdə" komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb.

Bu gün sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib.

Anews.az xəbər verir ki, məsələylə bağlı open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib.

"Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Axırda öldü deyə-deyə məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb