Mütəxəssislər 6 milyard qan hüceyrəsində xərçəng hüceyrələrini 2 saniyədə müəyyən edən mikroçip kəşf etdilər. Bu kəşf xərçəngdə ən əhəmiyyətli mərhələ olan erkən diaqnoza imkan verəcək.
İstiPress xəbər verir ki, mütəxəssislər mövzu barədə ətraflı məlumat verdilər: "Biz laboratoriyada mikroçip inkişaf etdirdik. Əvvəlcə yalnız xərçəngə tutulmuş xəstənin qanından təcrid etdiyimiz xərçəng hüceyrələrinin növünü öyrənə bilirdik. İndi sağlam insanların da qanlarına baxaraq xərçəng hüceyrələrinin olub-olmadığını müəyyən edə bilirik. Milyardlarla qan hüceyrəsinin içində bəlkə bir dənə var. İndi bunu tapmaq mümkündür. Bu texnologiya xərçəngi diabet kimi xroniki xəstəliyə çevirəcək.
Artıq ümimi sağlamlıq yoxlama analizlərinə xərçəng analizi də əlavə olunacaq."
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !