ABŞ-ın Nyu York əyalətində ağır xəstələrin məhdud şəkildə narkotik maddədən istifadə etməsinə izn veriləcək. ANS PRESS xəbər verir ki, “New York Times” qəzeti Nyu York meri Endryu Kuomonun bu istiqamətdə aparılan dəyişikliklər barədə bu həftə açıqlama verəcəyini yazıb. Məlumata görə, narkotik Nyu Yorkun 20 xəstəxanasında paylanacaq, xərçəng, qlaukoma və Səhiyyə Nazirliyinin müəyyən edəcəyi s. xəstəliklərin daşıyıcılarına veriləcək. Bununla bağlı açıqlamanın çərşənbə günü elan edilməsi gözlənilir
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !