• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Xərçəng xəstəliyi sahəsində misilsiz Tapıntı

Xərçəng xəstəliyi sahəsində misilsiz Tapıntı
30.01.2014 15:20

Xərçəng xəstəliyinə, şəkər xəstəliyinə tutulmaq, uzun müddətli depressiyaya meyillilik və hətta siqareti tərgitməyi bacarmamaq kimi xüsusiyyətlər müasir insana neandertalardan ötürülüb. Alimlərin sözlərinə görə, 80 min əvvəl müasir insanın əcdadları neandertallarla əlaqəyə girməsəydi, müasir insan xərçəng kimi təhlükəli xəstəliklərə tutulmazdı. 

ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bostondakı Harvard Tibb Məktəbinin alimləri insan DNT-sindəki neandertallardan qalma genləri araşdırandan sonra bu qərara gəliblər. "Nature" jurnalında nəşr olunan araşdırmaya əsasən, neandertalların genləri insan DNT-sində o yerdə cəmləşiblər ki, orada kişinin repreoduktiv sisteminin fəaliyyəti, keratin züllalarının yaranması və müxtəlif xəstəliklərə meyillilik mövcuddur. 

İnsanda keratin zülalının istehsalı qədim insanın hesabınadır: bunun sayəsində onun dərisi, saçları və dırnaqları güclüdür, bu, ona soyuq havada yaşamağa və müxtəlif xəstəliklərlə mübarizə aparmağa imkan verib. Ancaq ona neandertallardan keçən digər genlərin mənfi təsiri var. 

Məhz bunun sayəsində müasir insanda mədə-bağırsaq xronik iltihabı, qaraciyər serrozu və şəkər kimi xəstəliklər yaranır. Bundan başqa, bu genlər insanda bir çox yoluxucu və avtoimmun xəstəliklərin qarşısını alan  -18 interleykin anti-iltilhab zülalının miqdarına təsir göstərir. Buna görə də insanlar uzunmüddətli depressiyadan əziyyət çəkir və siqareti ata bilmirlər. 

Qədim insanların xərçəng xəstəliyindən əziyyət çəkməsini sübut edən tapıntı amerikalı arxeoloqlar tərəfindən aşkarlanıb: Xorvatiyadakı qazıntılar zamanı bədxassəli şişdən ölən neandertalın qabırğa sümüyü tapılıb. Nümunənin 120 min yaşı olduğu aydınlaşdırılıb, demək ki, xəstəlik genetikdir və ətraf mühiti çirkləndirən kanserogenlərdən asılı olmaya da bilər, havanın çirklənməsi kimi anlayış neandertalların dövründə mövcud deyildi. Alimlərin fikrincə, bu tapıntı onkoloji xəstəliklərin yaranması səbəblərinə və onların müalicəsinə təsir göstərə bilər. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskva vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
Dünya 19:02
Moskva vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb
İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər - KİV
Dünya 11:10
İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər - KİV
Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib
Dünya 09:30
Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib
Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Dünya 08:58
Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Aİ Rusiyanın dondurulmuş aktivlərini bloklayıb
Dünya 23:30
Aİ Rusiyanın dondurulmuş aktivlərini bloklayıb
Qara dənizdə zəlzələ olub
Dünya 21:59
Qara dənizdə zəlzələ olub
Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vurulub
Dünya 20:26
Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vurulub
Zelenski gələn həftə Almaniyaya səfər edəcək
Dünya 18:27
Zelenski gələn həftə Almaniyaya səfər edəcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 18:05
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol