Xərçəngə tutulan əməkdar artistimizdən son xəbər

23:28 | 17.12.2013
Xərçəngə tutulan əməkdar artistimizdən son xəbər

Xərçəngə tutulan əməkdar artistimizdən son xəbər

Millət vəkili Qənirə Paşayeva bir həftədən çox mənim yanımda qaldı. Xəstəxana ilə bağlı bütün problemlərimlə maraqlandı. Həkimlərlə danışdı. Hər şey çox yüksək səviyyədə həll olundu. Buna görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.Bunu AzNews.az-a Türkiyədə müalicə olunan əməkdar artist Xanım Qafarova deyib.Onun sözlərinə görə, Azərbaycandan ona bütün sənət adamları, işlədiyi teatrın direktoru və kollektivi, jurnalistlər zəng edib maraqlanırlar:“Hamısı sağ olsun. Aybəniz xanım Haşımova elə bir gün olmaz ki, mənimlə danışmasın. Allah hər kəsə can sağlığı versin. Günü-gündən səhhətimdə irəliləyişlər hiss olunur, yaxşılaşıram. Allah şükür ki, yaşamaq şansım çoxaldı”.X.Qafarova onu da bildirdi ki, dekabrın 25-də o, Bakıya qayıdacaq: “10 gün ara verəcəm. Sonra yenə təkrar müalicə. Sonra isə səhnəyə dönəcəm”.Xatırladaq ki, əməkdar artist Xanım Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir. O, hazırda "Fatih Universitesi Hastanesine(Sema Hastanesi"ində) müalicə kursu alır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb