“Hörmətli prezidentimizə, Mehriban xanım Əliyevaya və xüsusilə Azərbaycan mətbuatına mənə göstərdikləri böyük diqqətə görə, ailəm adından dərin təşəkkürümü bildirirəm”.Bunu AzNews.az-a Əməkdar artist Xanım Qafarova deyib. Aktrsa bildirib ki, dünən AzNews.az-a verdiyi müsahibədən sonra ona Heydər Əliyev Fondundan zəng edilib və müalicə üçün lazım olacaq hər cür dəstək üçün hazır olduqlarını deyiblər:“Mən bu yaxşılığı heç vaxt unutmaram. Mehriban xanım Əliyevanın və mətbuatın sayəsində mən ailəmə, 6 yaşlı qızının üstünə sağ və salamat qayıdacam. Mən bir daha mətbuatın gücünü gördüm. Hamınız bilirsiniz ki, xəstəliyimlə bağlı mən Fonda hələ bu gün müraciət edəcəkdim. Amma mətbuatın, xüsusilə AzNews.az-ın sayəsində mənim müraciətim Mehriban xanın Əliyevaya çatdı. Nə qədər təşəkkür etsəm belə azdır. Sabah mən müalicə üçün Türkiyəyə yola düşəcəm. Artıq orada hər şey hazırdır”.Xatırladaq ki, Xanım Qafarova Musiqili Teatrın aktrisasıdır. O, xərçəng xəstəliyindən 3 dəfə əməliyyat olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !