Xəstələrin 47% Bakının payına düşür

18:35 | 29.05.2020
"İlk dəfə ölkədə koronavirusa 200-ün üzərində yoluxma faktı aşkar olunub",  bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda 79 nəfər reanimasiya şöbəsində müalicə alır: "Onlardan 21 nəfəri isə süni nəfəs aparatına qoşulub".

R.Bayramlı qeyd edib ki, ötən həftə 848 nəfər virusa yoluxub: "Bu həftə üçün bu rəqəm 867 təşkil edir. Nəzərə alsaq ki, həftə tam başa çatmayıb".
 
O,həmçinin bildirib ki,  103-ə zəng edən simptomatik xəstələrin sayında da artım olub. "Say beynəlxalq statistikaya uyğundur. Dalğavari yüksəlişə nəzər salsaq, görərik ki, əhali tələb olunan qaydalara əməl etmir. Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik. Sərtləşməni də müəyyən səbəblərdən edə bilmirik", deyə o, vurğulayıb.

Bayramlı bildirib ki, son zamanlar yoluxanların sayı sağalanların sayından çoxdur və  ağır xəstələrin sayı artsa da, ölənlərin sayında ciddi artım olmayıb.

Onun sözlərinə görə, ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir. Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb
.
TƏBİB sədri vurğulayıb ki, yoluxma yüksək olan rayonlar Masallı, Xaçmaz, Beyləqan, Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdir: "Bu ərazilərin sakinlərinin qaydalara ciddi əməl etmələrini tövsiyə edirik".


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM