Anews.az medicina.az-a istinadən bildirir ki, 26 yaşlı şəxs hələ 12 yaşında olarkən bədənində qabarıq qabıqlar əmələ gəlməyə başlayıb. O bunun səbəbinin göbələk xəstəliyi olduğunu hesab edib və dərman qəbul edərək həyatına davam edib.
Lakin xəstəliyini önəmsəməyən Muradın xəstəliyi getdikcə irəliləyib.Artıq bütün bədəninə yayılan qabıqlanmalar onun həyat fəaliyyətini də qısıtlayıb. Belə ki, o işindən ayrılaraq özünü evə qapadıb.
Təkrar müayinəyə gedən Muratın xəstəliyinin pullu dəmrov olduğu aşkarlanıb. Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir. O müalicə olmaq üçün bütün yollara əl atıb, lakin bir faydası olmayıb.
Xəstəliyi səbəbindən həyatının alt-üst olduğunu bildirən Murad, artıq üz,göz və qollarına yayıldığı üçün işindən ayrıldığını və evdən çıxmaq istəmədiyini bildirib. Onun sözlərinə görə dərman qəbul etdikdə nisbətən rahatlıq tapır, lakin sonra yaralar daha da çox çıxmağa başlayır.
Murat çölə çəxa bilmədiyini insanların onun görünüşündən qorxduğunu bildirib. O avtobusa mindiyi zaman oturduğu yerə tökülən dəri qabıqlarından ətrafdakıların narahat olduğunu bildirib.
Belə yaşamağın çətinliyindən danışan gənc sağalıb yenidən cəmiyyətə qoşulmaq istədiyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !