Xəstəxana ağır xəstəni qəbul etmədi - VİDEO

09:36 | 12.08.2017
Xəstəxana ağır xəstəni qəbul etmədi - VİDEO

Xəstəxana ağır xəstəni qəbul etmədi - VİDEO

Şəkidən Yevlaxa qonaq gedən vətəndaşın vəziyyəti qəfildən pisləşib. Onu xəstəxanaya aprasalar da Yevlax rayon Mərkəzi Xəstəxanasında xəstəni qəbul etməyiblər. Səbəb kimi isə onun başqa rayonda qeydiyyatda olmasını göstəriblər. Ağır vəziyyətdə olan xəstəni başqa rayona aparılmasını məsləhət görüblər. Xəstənin yaxınları bu barədə "XəzərXəbər”ə müraciət edib. Onlar hətta baş verən bu hadisənin videosunda göndəriblər. Məsələ ilə bağlı xəstəxanın da mövqeyini öyrənməyə cəhd etdik.

''Yevlax sakini deyilsən'' deyib ağır xəstəni xəstəxana qəbul etməyib.

Yaxınlarının iddiasına görə Hadisə ötən gün axşam saatlarına Yevlax rayonunda olub. Şəki sakini 22 yaşlı Əmrah Əşirli dayısı evinə qonaq gəlib. Bir müddət sonra gənc oğlanın börəyindən kəskin sancı tutub. Qohumları onu dərhal Yevlax rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kadrlardan da göründüyü kimi xəstə ağrı içində qıvrılır. Əlacsız qalan qohumları isə xəstəxananın qarşısında vurnuxurlar.

Çəkilişi edən xəstənin yaxını içəri daxil olduqda isə xəstəxananın əməkdaşları gizlənməyə cəhd edirlər.

Qohumları həkimin ilkin yardımından sonra başqa xəstəxanaya aparacaqlarını desələr də, bir həkim belə xəstəyə yaxın durmayıb.

Xəstəxanadan bildiriblər ki, Əmrah Əşirlini Mingəçevir şəhər xəstəxanasına aparsınlar. Xəstənin dayısı xəstəxanadan təcili yardım maşını istəsədə onlar buna da məhəl qoymayıblar.

Bu səbəbdən kəskin ağrılar içində olan Əmrah Əşirlini qohumları Ağdamın Quzanlı xəstəxanasına aparıblar. Orda ilkin yardım edilib hazırda vəziyyəti normaldır.

Xəstə yaxınlarının dediklərinə inansaq, Yevlax Mərkəzi Xəstəxanasının münasibətindən belə çıxır ki, hər kəs yalnız qeydiyyatda olduğu rayonda xəstələnməlidir. Xəstəxanadan isə yalnız bunu öyrənə bildik ki, Xəstəxana Səhiyyə Nazirliyinin deyil, İcbari Tibbi Sığorta Agentliyin tabeliyindədir. Adı çəkilən qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki, məsələ ilə bağlı yalnız bazar ertəsi açıqlama verə bilərlər. Halbuki el bu gün də iş günüdür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM