"Bəli, o maşın mənimdir.Onu kiminsə yumasında qəbahətli heç nə yoxdur. Maşını yuyan xanımlar da tibb bacısı deyil, həmin xəstəxanada çalışan xadimələrdir”.Bu sözləri “Axar.az”a açıqlamasında fotodakı 90 KT 887 dövlət nömrə nişanlı "Toyota" markalı maşının sahibi olan Xətai rayonundakı 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadə dedi.O bildirdi ki, fotodakı xadimələr öz istəkləri ilə maşını yuyurlar:“Onlar maşını öz arzuları ilə yuyurlar. Adları Nizar və Rozadır. Burda nə var ki?”Baş həkim onu da dedi ki, fotodakı oğlan onun sürücüsü deyil:“Mənim sürücüm yoxdur. Yaxşı sürücü olsa, götürərəm. Bu məsələni bu qədər şişirtməkləri anlaya bilmirəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !