Xəstəxanada 16 tibb bacısı eyni vaxtda hamilə qaldı – VİDEO

17:08 | 19.08.2018
Xəstəxanada 16 tibb bacısı eyni vaxtda hamilə qaldı – VİDEO

Xəstəxanada 16 tibb bacısı eyni vaxtda hamilə qaldı – VİDEO

Amerikanın Arizona ştatında 16 tibb bacısı hamilə qaldığını elan ediblər, CNN xəbər verir.
Oxu.Az-ın məlumatına görə, xəstəxana əməkdaşları iddia edirlər ki, eyni vaxtda ana olmaq barədə əvvəlcədən razılığa gəlməyiblər.
Bütün tibb bacılarında doğuş 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarınadək baş tutmalıdır. Onların hamısı 12 həftəlik dekret məzuniyyətinə göndəriləcək. Xəstəxana administrasiyasından eyni vaxtda bu qədər işçinin məzuniyyətə göndəriləcəyinə qabaqcadan hazırlaşdıqlarını bildiriblər.
Bundan başqa, hamiləlik dövründə tibb bacılarını bir neçə öhdəlikdən azad ediblər: onlara kimyəvi terapiya aparmaq və vərəm xəstələri ilə işləmək qadağan olunub.
Qadınların sözlərinə görə, yeməkxanaya birgə getməyi xoşlayırlar. Hamilə əməkdaşlar üçün kafedə menyunu genişləndirərək, ora duzlu xiyar və zeytun əlavə ediblər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb