• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Xəstəxanada doğulan uşaqların qeydiyyatı elektronlaşdırılır

Xəstəxanada doğulan uşaqların qeydiyyatı elektronlaşdırılır
14.08.2020 21:00
"Əvvəllər doğumun dövlət qeydiyyatı vətəndaş qeydiyyat şöbəsinə, icra nümayəndəliyinə müraciət etdikdə dövlət qeydiyyatına alınırdı və faktiki olaraq qeydiyyatdan kənarda qalan uşaqların tərəfimizdən müəyyən edilməsi və buna qarşı hər hansı tədbir görülməsi imkanımız xaricində idi”.

Anews.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, hazırda problem aradan qalxıb: "Biz indi tam fərqli mənzərənin şahidi oluruq, çünki hazırda doğumun qeydiyyatı, demək olar ki, avtomatlaşdırılmış qaydada aparılır. Belə ki, doğum faktı baş verdikdə dərhal bu barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Əhalinin Dövlət Reyestrinə göndərilir və məlumat reyestrə daxil olduqda uşağa avtomatlaşdırılmış rejimdə təkrar olunmayan (unikal) və həyatının sonunadək dəyişməyən fərdi identifikasiya nömrəsi (FİN) verilir. Bu da, öz növbəsində, bizə uşaqları birmənalı eyniləşdirməyə, doğumu qanunvericiliklə müəyyən olunmuş müddətdə qeydə alınmayanları vaxtında aşkar etməyə, doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərməklə valideynləri qeydiyyat orqanına dəvət etməyə, üzrlü səbəb olmadan qeydiyyatdan yayınanları isə inzibati məsuliyyətə cəlb etməyə imkan verir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol