Bakıda 25 saylı poliknikanın koronavirusa yoluxan həkimi evdə hava çatışmazlığından ölüb.
Anews.az-a etirbarlı mənbədən daxil olan məlumatda bildirilir ki, poliklinıkanın şöbə müdiri Aida İsmayılova bir neçə müddətdir COVİD 19 xəstəliyinə yoluxub. Onun ciyərləri müayinə olunub və COVİD-19-a yoluxma ehtimalı yaradan "buzlu şüşə" diaqnozu qoyulub.
Bakıda xəstəxanalarda yer olmadığı üçün həkimə Astara xəstəxanasında müalicə olunmaq təklif edilib. Bu halda həkim həmin xəstəxanada müalicə almaqdan imtina edib. Nəticədə evdə özünü müalicə edən Aida İsmayılova tənəffüsündə problem yarandığı üçün hava çatışmazlığından dünyasını dəyişib.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb.
"Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”, TƏBİB sözçüsü bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !