Xətai rayonunda zibil qabları problemi aradan qalxacaqmı? - ŞİKAYƏT/FOTOLAR

14:47 | 19.07.2019
Xətai rayonunda zibil qabları problemi aradan qalxacaqmı? - ŞİKAYƏT/FOTOLAR

Xətai rayonunda zibil qabları problemi aradan qalxacaqmı? - ŞİKAYƏT/FOTOLAR

Xətai rayonu Rəşid Bağırov küçəsinin sakinləri əraizdə zibil qablarının azlığından şikayət edirlər.

Anews.az sayına müraciət edən şikayətçi Sara Rəhmanova deyir ki, əvvəllər həmin ərazidə zibil qabları olsa da, sonradan  çoxlu sayda  evlər tikildi, hasarlar çəkildi və zibil qabları yox olmağa başladı.

Onun sözlərinə görə, həmin küçədə sadəcə 2 zibil qabı var idi ki, onlar da vaxtında boşaldılmırdı deyə, küçəni üfunət iyi bürümüşdü və sakinlər məcburiyyətdən həmin zibil qablarını küçədən götürüb, 500-600 metr kənara yerləşdirmişdilər.

"Mən ərazi üzrə 66 saylı mənzil istismar sahəsinə getdim və ordan mənə bidirdilər ki, sözü gedən küçə onların balansında deyil və 101 saylı mənzil kommunal istismar idarəsinə getməyi məsləhət gördülər. 101 saylı mənzil kommunal istismar idarəsinə də getdim. Oranın rəisi İsmayil Ələkbərov dedi ki, zibil qablarını ərazidən götürən şəxslər böyük adamlardı və o, onlara heç nə deyə bilmir. Dedi ki, evınizdə kişi yoxdur? Yığışıb etiraz etsinlər və qaytarıb geri qoysunlar”, - deyə şikayətçi Sara Rəhmanova bildirib.

Məsələ ilə bağlı Xətai rayonu 101 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi İsmayil Ələkbərov dedi ki, sakinlərin iradları haqlıdır.

Onun sözlərinə görə, həqiqətən də Xətai rayonu Rəşid Bağırov küçəsində zibil qablarının azlığı ilə bağlı problem var.

"İradlar haqlıdır. Rəşid Bağırov küçəsində məsələ bir az qarışıqdır. Küçənin bir hissəsi bizim balansımızdadır, digər bir hissəsi 66 saylı Mənzil Kommunal İsrismar İdarəsinin. Bizim balansımızda olan ərazidə zibil qabları var və heç bir şikayət yoxdur, lakin 66 saylı Mənzil Kommunal İstismar İdarəsinin ərazisində zibil qabları olmadığı üçün, oranın da sakinləri bizim ərazidəki zibil qablarından istifadə etməli olurlar. Lakin insanlarla məsələ danışılıb və onlara bildirilib ki, yeni zibil qabları paylanılır və şəhərin bir çox hissələrində rəngli zibil qabları yerləşdirilir, Rəşid Bağırov küçəsində də yaxın günlərdə yerləşdiriləcək”, - deyə 101 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi İsmayil Ələkbərov bildirib.

66 saylı Mənzil Komunal İsrismar İdarəsinin rəisi Telman İsrafilov da problemin olduğunu bildirsə də, ancaq problemlərin həm də elə sakinlərin özlərindən qaynaqlandığını deyib.

Onun sözlərinə görə, sözügedən küçəni tam təmin etmək üçün zibil qablarının sayında çatıışmazlıq var, lakin ölkə ərazisinə yeni və rəngli zibil qabları paylanılır və bu zibil qabları bir müddətdən sonra Rəşid Bağırov küçəsinə də yeləşdiriləcək.

"Hələlik biz yeni, rəngli zibil qablarının dəyişdirildiyi ərazilərdən əvvəlki dəmir zibil qabların götürüb daxili küçələrə yerləşdiririk. Bilirsiniz, problem həm də insanlardan qaynaqlanır. Evllərini təmir etdirirlər, artıq tikinti ləvazimatların gecə ikən maşına doldurub o zibil qabına doldururlar. Anlamırlar ki, bu zibil qabları ancaq məişət tullantıları üçün nəzərdə tutulub. Və ya evdə zibili verirlər uşağa, uşaq zibili zibil qabına atmaq əvəzinə küçəyə atır. Sırf bu məsələ ətrafında əhali arasında ciddi maarifləndirmə aparılmalıdır. Yoxsa, bu problem heç vaxt aradan qalxmayacaq”, - deyə 66 saylı Mənzil Komunal İstismar İdarəsinin rəisi Telman İsrafilov bildirib.

Məsələ ilə bağlı Xətai Rayonu İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Icra hakimiyyətindən bildirildi ki, onlara bununla bağlı şikayət daxil olmayıb, lakin ən qısa müddətdə əraziyə baxış keçiriləcək və problem mütləq aradan qaldırılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirdi ki, məsələdən məlumatlıdırlar və nazirlik əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, zibil qabları yerinə qoyulub. Məsələ onların da nəzarətindədir.

Anews.az olaraq məsələni diqqətdə saxlayacağıq.







Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb