Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib.
Trend Fövqəladə Hallar Komissiyasının saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.
Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək, aidiyyatı üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !