Estoniya prezidentinin xanımı Evelina İlves gözlənilmədən üzə çıxıb. O, ölkə televiziyalarından birinin mətbəx verilişinə qonaq olub.ANN.Az xəbər verir ki, bu barədə "Vesti" məlumat yayıb. O, qonaq olduğu verilişdə bu yay başına gəlmiş olayla bağlı aparıcının sualına üstüörtülü cavab verib: "Həyat davam edir. Mən indi bunu şərh etmək istəmirəm. Bildiyim və bacardığım şeylərə köklənməyə cəhd edirəm. Məsələn, onlardan biri çörəkdir".Bu yay Estoniya prezidenti Toomas Hendrikin 46 yaşlı xanımı Evelina İlves 28 yaşlı fransız Vinsent Arenaqo ilə birlikdə öpüşən yerdə şəkilləri yayılmışdı.Bu hadisədən sonra o, həyat yoldaşını rəsmi tədbirlərdə müşayiət etməmişdi. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfəri zamanı xanım İlves ərinin yanında peyda olmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !