Bakıda tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov həbs edilib.
"Qafqazinfo”nun məlumatına görə, o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DİN-in Mətbuat xidmətindən "Qafqazinfo”ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, X.Səfixanov bundan əvvəl 2017-ci ildə Bakının Nərimanov rayonunda baş verən silahlı insidentə görə həbs edilmişdi. Həmin vaxt idmançıya 2 il 6 ay həbs cəzası verilmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !