Xəzər dənizi sahilində nəzarət tədbirləri görülür

22:05 | 12.10.2017
Xəzər dənizi sahilində nəzarət tədbirləri görülür

Xəzər dənizi sahilində nəzarət tədbirləri görülür

Xaçmaz rayonun Xəzər dənizi sahilində yerləşən hissəsinin istifadəsində qanunvericilik tələblərinin qorunması ilə bağlı nəzarət tədbirləri görülür.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə bu gün Xaçmazda Torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili və inzibatçılığı ilə bağlı keçirilən İşgüzar Forumda bildirilib.

Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan torpaqlar icarəyə verilə bilməz. Torpaq idarəçiliyində yaranan qanunpozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub. Vurğulanıb ki, Xaçmaz rayonun Xəzər dənizi sahilində yerləşən hissəsinin istifadəsində qanunvericilik tələblərinin qorunması ilə bağlı nəzarət tədbirləri görülür.

Forumda həmçinin qeyd edilib ki, sahilboyu 20-50 metrlik hissədə olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirləri tətbiq olunur, cinayət əməlləri aşkar edilmiş müvafiq hal üzrə sənədlər aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilir.

Daha sonra bildirilib ki, Xaçmaz rayonunun münbit torpaq potensialı xeyli genişdir, bu zaman kənd təsərrüfatı torpaqlarının səmərəli və təyinatına uyğun istifadəsi ön plana keçir. Belə olan halda rayonda aqrar sahənin inkişafı daha da artırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM