ANN.Az Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 16:18-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb. Dənizin 62 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,20 təşkil edib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.
Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !