"Xəzər-Lənkəran" stadionu iş adamı, "Palmali Holding" şirkətinin rəhbəri Mübariz Mənsimovun dəstəyi ilə martdan təmirə bağlanacaq. Bu barədə anews.az-a açıqlamasında "Palmali Holding" şirkətinin mətbuat katibi Fidan Quliyeva bildirib.
"Martdan təmirə bağlacaq. Bununla bağlı artıq Bakı ofisinə tapşırıq verilib. Hazırda büdcə məsələləri müzakirə olunur. ", - Quliyeva söyləyib.
Şirkətin sözçüsü bildirib ki, stadion təmir olunduqdan sonra yenidən "Xəzər-Lənkəran" klubunun yığılması müzakirə oluna bilər.
Bundan əvvəl stadionun təmir olunması ilə bağlı məlumatı "Xəzər-Lənkəran" klubunun sabiq mətbuat katibi Hüseyn Cəbrayıloğlu paylaşıb.
"Xəzər-Lənkəran" klubu 2004-cü il türkiyəli iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə yaradılıb. Komanda2016-ci il Azərbaycan çempionatlarında iştirakını dayandırması ilə bağlı qərar qəbul edir və fəalliyətini dayandırır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !