Türkiyənin Əruzum şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bolqarıstanlı futbolçu ilə güclənə bilər.
ANN.Az-ın “Apasport.az” saytına istinadən əldə etdiyi məlumata görə, bu, 26 yaşlı yarımmüdafiəçi Qalin İvanovdur. Bu gün komandanın düşərgəsinə gələcəyi gözlənilən İvanovla böyük ehtimalla müqavilə imzalanacaq. İvanov peşəkar karyerasına “Levski”də (Sofiya) başlayıb. 2005/2006 mövsümündə bu klubda oynayan yarımmüdafiəçi cəmi bir dəfə meydan çıxıb. 2006-cı ildə “Beroe”yə keçib və burada meydana çıxdığı 25 oyunda 1 qol vurub.
1 il klubsuz qaldıqdan sonra 2008-ci ildə “Slaviya”ya (Sofiya) keçib. Bu komandanın heyətində 128 oyun keçirən yarımmüdafiəçi 25 dəfə rəqib qapılarına yol tapıb. O, 2011-ci ildən icarə əsasında Almaniya III liqa təmsilçisi “Arminiya”nın heyətində oynayıb. Burada 8 dəfə forma şansı geyinən Qalin 2012-ci ildə yenidən ölkəsinə qayıdıb və 2012-ci ildən icarə əsasında “Liteks”in şərəfini qoruyub.
Bu komanda ilə 22 dəfə meydana çıxan futbolçu 5 dəfə də fərqlənməyi bacarıb. 2014-cü ilin yayına qədər “Slaviya” ilə müqaviləsi olan bolqar yarımmüdafiəçinin hazırda azad agentdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !