“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin səhhətində problem yarandı. Apasport.az saytının məlumatına görə, türkiyəli çalışdırıcı dünən axşam saatlarında sinəsində ağrılar hiss etdiyindən, xəstəxanaya yerləşdirilib.
Dərhal Ərzurumdakı Özəl Şəfa Xəstəxanasına çatdırılan Çətinin ürəktutmasından əziyyət çəkdiyi bildirilir. O, hazırda reanimasiya şöbəsində müalicə alır. Komandanın futbolçu və məşqçi heyəti isə Çətinin durumunu öyrənmək üçün xəstəxananın önünə toplaşıb.
“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu apasport.az saytına açıqlamasında bildirib ki, Çətinin durumu getdikcə qaydasına düşür: “Dünən mədə spazmadan əziyyət çəkən Oğuz bəy xəstəxanaya yerləşdirildi. Gecə mədəsi yuyulub, lazımi yardım göstərildi. Artıq onun durumu qaydasındadır. Baş məşqçimiz bu gün axşam məşqində komandanın yanında olacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” iyunun 23-dən Ərzurumun Palandökən ərazisində təlim-məşq toplanışı keçir.
ANN.Az