Xəzərdə balıqlar oksigen azlığından tələf olur - RƏSMİ

16:01 | 08.07.2024
Xəzərdə balıqlar oksigen azlığından tələf olur - RƏSMİ

Xəzərdə balıqlar oksigen azlığından tələf olur - RƏSMİ

Xəzər dənizinin Hövsan və Türkan qəsəbəsinə yaxın sahillərində  balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə,  Xidmətin və Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.
 
"Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib”,  -  Əliyev deyib. 

Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.

Qeyd edək ki, sosial şəbəkələrdə Xəzər dənizinin sahillərində balıqların kütləvi ölümü ilə bağlı görüntülər yayılmışdı.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM