Xəzərdə batan gəncin meyiti tapılıb

21:00 | 10.06.2021
Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.


"Report”un Aran bürosunun məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.


Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.


Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.


Faktla bağlı araşdırma aparılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM