Qazaxıstanın tengrinews.kz saytının verdiyi məlumata görə, Xəzər sahilində yaşayan suitilərdə səbəbi bilinməyən korlaşma başlayıb.
Bu barədə Tupkaraqan rayonunun sakini Taurxan Anjanov, Aktauda "North Caspian Operating Company"-nin "Kaşaqan" operatorunun fəaliyyəti nəticəsində yaranmış ekoloji vəziyyətlə bağlı ictimai dinləmələr zamanı baş tutan çıxışında bildirib.
Onun sözlərinə görə əvvəllər, onlar dənizə çıxanda çoxlu suiti görə bilirdilər. İndi isə onlar yoxa çıxıb. Son dəfə gördüyü suitinin gözlərinin rənginin ağardığını bildirən balıqçı onların kor olduğunu bildirib.
Balıqçı, suitilərin görmə qabiliyyətinin itirilməsinin "Kaşaqan" layihəsi ilə bağlı olduğunu bildirib. "Əvvəllər su təmiz idi, indi bulanıqdır. Bu təkcə gözlərə deyil, nəfəs sisteminə də mənfi təsir göstərir."
ANN.Az