Xəzərdə misilsiz xəzinə

13:24 | 04.06.2014
Xəzərdə misilsiz xəzinə

Xəzərdə misilsiz xəzinə

“90 nömrəli kəşfiyyat quyusunda yanğın hadisəsi baş verəndən sonra alt qatlarda araşdırmalar apardıq. Alt qatlarda 20 milyard kub metr qaz aşkar etdik. Bu isə yatağa yeni nəfəs verdi”. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, Bulla yatağında 123 nömrəli platforma rekord müddətə qurulub:“İlin sonuna kimi Bulla quyusundan ilk qazımızı əldə edəcəyik. Bu isə o dəməkdir ki, Azərbaucanın köhnə yataqlarının potensialı var. Artıq ikinci platforma üzərində işləyirik. Bu ilin axırına kimi yeni platforma yaradılacaq və burada da 3 quyu olacaq. Bu quyulardan 3 il müddətində hər il 2 milyard kub metr qaz çıxara biləcik”.Xatırladaq ki, 2013-cü ilin avqustun 17-də Bakının 80 km-də açıq dənizdə yerləşən Bulla-Dəniz yatağında 29 saylı kəşfiyyat quyusunda altı min metr dərinlikdəki qazma zamanı yanğın olmuşdu. Yanğın yalnız 9 həftə sonra söndürülmüşdü.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM