Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək, sahilə gətirir.
Əlavə məlumat veriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !