Xəzərin sahilində partlayış: 42 ölü

00:15 | 10.05.2017
Xəzərin sahilində partlayış: 42 ölü

Xəzərin sahilində partlayış: 42 ölü

Bir neçə gün əvvəl İranın Gülüstan vilayətində mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin qubernatorunun müavini məlumat yayıb.

Qubernatorun müavini bildirib ki, həlak olanların meyitləri məhkəmə-tibbi ekspertizasına göndərilib.

Mədəndə partlayış may ayının 3-də baş verib. Hadisə vaxtı şaxtada 500 nəfər olub. Dağıntılar altında 90-na yaxın adamın olduğu bildirilirdi. İlk gün 35 nəfərin meyiti çıxarılmışdı. 

Baş vermiş hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev də iranlı həmkarına başsağlığı verib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM