“Xəzərin statusu ilə bağlı yeni razılaşmalar əldə oluna bilər”

12:28 | 11.12.2013
“Xəzərin statusu ilə bağlı yeni razılaşmalar əldə oluna bilər”

“Xəzərin statusu ilə bağlı yeni razılaşmalar əldə oluna bilər”

 “Xəzər dənizinin statusu ilə bağlı Xəzəryanı ölkələr arasında mövqelərin yaxınlaşmasına nail olunub. Gələn il Rusiyada planlaşdırılan dövlət başçılarının sammitində yeni razılaşmalar əldə oluna bilər”.APA-nin məlumatına görə, bunun jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.Onun sözlərinə görə, hazırda İşçi Qrupu prezidentlər səviyyəsində yekun sənədin qəbul olunması üzrə layihələri müzakirə edir: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qədər gələn ilin I rübündə xarici işlər nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Həmin toplantıda sammitdə müzakirə olunacaq layihələr üzrə müzakirələr aparılacaq".X.Xələfov bildirib ki, xarici işlər nazirlərinin görüşünə qədər, yanvarın sonunda Qazaxıstanın paytaxtı Astanada İşçi Qrupunun görüşü keçiriləcək: “Gündəlikdə əsas məsələ Xəzərin statusunun müzakirəsidir. Eyni zamanda Bakı sammitində qəbul olunan prezident qərarlarının əməli surətdə razılaşdırılmasının başa çatdırılması müzakirə ediləcək. İşçi Qrupu Xəzərin statusundan əlavə olaraq bioloji ehtiyatların qorunması, ekoloji məsələlərlə bağlı sazişlərin imzalanmasını da başa çatdırmaq istəyir. Bura balıqçılıq zonasının müəyyən olunması da daxildir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM