Xəzərlə bağlı razılaşma

17:59 | 29.09.2014
Xəzərlə bağlı razılaşma

Xəzərlə bağlı razılaşma

"Xəzər beşliyi" liderləri tərəfindən siyasi bəyanat qəbul edilib
Xəzəryanı ölkələr Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlib.
ANS PRESS-in məlumatına görə, bu barədə "Xəzər beşliyi" liderləri tərəfindən qəbul edilmiş siyasi bəyanatda qeyd edilib. 
Razılığa əsasən, Xəzər dənizində tərəflərin fəaliyyəti onlar tərəfindən uyğunlaşdırılmış prinsiplər əsasında həyata keçiriləcək. 
Beş xəzəryanı dövlətin liderləri 15 mil və 10 "balıq ovu" mili həddində milli suverenlik prinsiplərinə dair razılığa gəliblər. 
15 dəniz mili və ona yanaşı 10 dəniz mili daxilində su bioloji resurslarının çıxardılması hər bir ölkənin müstəsna hüququ daxilindədir. 
Qeyd edək ki, ilkin sərhədlərin təyin edilməsi məsələsi tərəflərin sonrakı müzakirələrinin predmeti olacaq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM