“Xəzəryanı ölkələri müharibə təhlükəsi gözləyir”

16:02 | 07.10.2014
“Xəzəryanı ölkələri müharibə təhlükəsi gözləyir”

“Xəzəryanı ölkələri müharibə təhlükəsi gözləyir”

“Kremlə Xəzər zonasını Rusiya tərəfindən başladılmayan Ukrayna müharibəsinə cəlb etmək sərfəli deyil”.

 

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. 

O, Xəzərin bütün ölkələrinin müharibə təhlükəsindən siğortalanmadığını bildirib:

 

“Rusiyanın ağıllı şəkildə Krım və digər situasiyalara cəlb etdilər. Hansı ki, o buradan çıxa bilmədi və aqressiyada günahlandırıldı. İndi çoxları, həmçinin, Azərbaycandakı müəyyən təbəqələr Moskvanın eyni cür revanş addımını Xəzərdə də atacağını gözləyirlər. Bu, Qərbin yürütdüyü kifayət qədər peşəkar informasiya siyasətinin davamıdır. Xəzərdə müharibədən sığortalanmağın yeganə zəmanəti bölgəyə heç bir aidiyyəti olmayan gücü bura buraxmamaqdır. Amma bunu etmək çox çətin olacaq. Bir şeyi də anlamaq lazımdır ki, Xəzərə edilən təhdid hər hansı neft yataqlarına-filan təhlükə deyil. Bu birbaşa Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan üçün real təhdiddir. İlk növbədə sahilyanı ərazilərdə yaşayan şəxslər üçün təhdiddir. Bundan sonra isə həmin ölkələrin daxili regionlarında yaşayan şəxslər üçün təhlükədir”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti