Avropa Parlamentin prezidentinin çıxışında Azərbaycana aid olanməqamlar təəssüf və narazılıq doğurur.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunuAzərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri HikmətHacıyev Avropa Parlamentinin prezidenti Martin Şultsun AvropaParlamentinin noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasındaAzərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlərinə dair şərh verərkənbildirib.
H.Hacıyev qeyd edib: "Barəsində danışılan şəxs - Leyla Yunusova digərittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənəxəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir.İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır".
XİN rəsmisinin sözlərinə görə, Martin Şultş tərəfindən səsləndirilmişAvropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinəgəldikdə isə Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəriilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmimüraciət daxil olmamışdır. Martin Şults tərəfindən bu məsələnin təhrifolunmuş formada təqdim olunması təəssüf doğurur. H.Hacıyev qeyd edib ki, Avropa Parlamentin bilavasitə mandatına aidolan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədarkifayət qədər problemlər vardır: "İsmafobiya, anti-semitizm vəayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətlərivə miqrantların hüquqlarının pozulması bu sıradandır".
H.Hacıyev bildirib: "Martin Şultşun bu problemlərə və eləcə dəFerqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində poliszorakılığına və qeyri-proporsional gücdən istifədə hallarına dayetərincə diqqət ayırması daha təqdirəlayiq olardı".
ANN.Az