• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

XİN: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində plan artıq var”

XİN: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində plan artıq var”
24.06.2014 00:15

“Söhbət beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir”

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) AŞ Nazirlər Komitəsinin sədri qismində çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “dondurulmuş münaqişələr”, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara cavab verərək, Azərbaycanın bu məsələdə yeganə yanaşmasının olduğunu deyib.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi dedikdə, burada birmənalı olaraq Azərbaycan ərazilərinin itirilməsindən söhbət getdiyini vurğulayıb: “Əlbəttə ki, bu münaqişənin həlli ilə bağlı çox müzakirələr olub. Biz hesab edirik ki, Avropa Şurası Nazirlər Komitəsi regionda sülhün bərqərar olmasına daha çox töhfə verə bilər. Münaqişənin həlli istiqamətində erməni tərəfi ilə danışıqlarda birbaşa iştirak edən Azərbaycanın xarici işlər naziri qismində onu deyə bilərəm ki, bu münaqişənin həlli istiqamətində plan artıq mövcuddur. Söhbət beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir. BMT çox mötəbər təşkilatdır, onun qərarlarına hörmətlə yanaşılmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təməl qərarlar artıq mövcuddur. 1993-cü ildə qəbul olunmuş bu qərarlar Ermənistana qarşı tələblərin hələ də qüvvəsində qaldığını göstərir. Yəni Ermənistandan Azərbaycan ərazilərindən öz hərbi hissələrini çəkməsi tələb olunur. Hesab edirəm ki, bu qətnamələrin həyata keçirilməsi lazımdır. Münaqişənin həll olunmasında bu yolla gedilsə, bütün region üçün faydalı olar. Bu nə qədər tez baş versə, orada yaşayan insanlar üçün də bir o qədər də yaxşı olardı. Çox ümid edirik ki, Avropa Şurası da hər zaman olduğu kimi, ölkələrin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruyub saxlayacaq. Bu mövqe beynəlxalq hüquq normaları baxımından ən düzgün və faydalı yanaşma olardı”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol