XİN-dən Cavadağa Sultanovun azadlığa buraxılması ilə bağlı açıqlama

17:57 | 18.11.2013
XİN-dən Cavadağa Sultanovun azadlığa buraxılması ilə bağlı açıqlama

XİN-dən Cavadağa Sultanovun azadlığa buraxılması ilə bağlı açıqlama

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılmış Azərbaycan vətəndaşı Cavadağa Sultanov səhhəti ilə əlaqədar azadlığa buraxılıb. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, Cavadağa Sultanovun həyat yoldaşı dəfələrlə Azərbaycanın Əbu Dabidəki səfirliyinə müraciət edərək, onun səhhətinin pisləşdiyini deyib: “O, səfirliyə Cavadağa Sultanovun şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkməsi barədə sənədlər təqdim edib. Bununla əlaqədar Azərbaycanın Əbu Dabidəki səfirliyi saxlanılan şəxsə zəruri konsul və hüquqi xidmət göstərib, BƏƏ-nin Ədliyyə Departamentinə müraciət edərək Cavadağa Sultanovu məhkəməyə qədər başqa yerə getməmək barədə iltizamla buraxmağı xahiş edib”. İstintaqın davam etdiyini deyən E.Abdullayev qeyd edib ki, C.Sultanov BƏƏ-ni tərk etməmək barədə öhdəlik götürərək girov müqabilində azadlığa buraxılıb. Xatırladaq ki, Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini  Cavadağa Sultanov noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. O, fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Polis polkovniki Cavadağa Sultanov çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib, məhkəmədəki ifadələri qalmaqalla müşahidə edilib. Cavadağa Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti