XİN-dən ermənilərin təxribatı ilə bağlı AÇIQLAMA

12:49 | 03.11.2014
XİN-dən ermənilərin təxribatı ilə bağlı AÇIQLAMA

XİN-dən ermənilərin təxribatı ilə bağlı AÇIQLAMA

Azərbaycanın Xarici İşlər Nazirliyi Londonda bu gündən start götürən sərgidə ermənilərə məxsus yerdə “Karabakh” adlı stendin təqdim edilməsinə etiraz edib. "Qafqazinfo"ya daxil olan məlumata görə, Londonda 3-6 noyabr tarixlərində keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təqdim olunmasının qarşısının alınması üçün hələ tədbirin başlamasından əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı Reed Exhbitions şirkəti qarşısında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılıb. Həmçinin, Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıb.Reed Exhibitions şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməyib.Azərbaycan Respublikasının səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı Reed Exhbitions şirkəti ilə iş davam etdirilməkdədir.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM