XİN-dən sərt bəyanat: Dərhal vurulacaq

13:06 | 14.11.2014
XİN-dən sərt bəyanat: Dərhal vurulacaq

XİN-dən sərt bəyanat: Dərhal vurulacaq

“Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə aid hərbi helikopteri vurmaqla, həmsədrlər qarşısında üzərinə götürdüyü heç bir öhdəliyi pozmayıb”.ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.O qeyd edib ki, 2012-ci ildə Azərbaycan XİN tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə göndəril məktubda da bildirilmişdi ki, Azərbaycanın hava məkanında Ermənistana aid hərbi təyyarə və ya digər vasitələr qeydə alındığında dərhal vurulacaq: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bütövlüyü çərçivəsində həll edilməsi əsasında vasitəçiliyi Minsk Qrupuna həvalə edib, danışıqlarda da məhz bu prinsipləri əsas tutaraq iştirak edir. XİN-in 12 noyabr açıqlamasında da qeyd edilmişdi ki, Fransua Olland tərəflərə Böyük Sülh Sazişi üzərində işə başlamaq çağırışı etmişdi. Azərbaycan da bildirmişdi ki, Böyük Sülh Sazişinə başlamağa hazırdır. Lakin Ermənistan münaqişənin həlli prosesinə mane olur.  Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, lakin qarşı tərəfdən bu istiqamətdə heç bir səy görmürük. Azərbaycan öz hava məkanını 1993-cü ildən bağlı elan edib. Bu barədə İCAO-nun da xəbəri var. Biz mövqeyimizi əsaslı şəkildə izah etmişik, 12 noyabr tarixli bəyanatımızı ölkəmizdəki beynəlxalq təşkilatlara, nümayəndəliklərə də göndərmişik”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb