• $
  • £

XİN-dən viza AÇIQLAMASI

XİN-dən viza AÇIQLAMASI
02.09.2014 11:09
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişlərin qüvvəyə minməsi ilə əlaqədar məlumat yayıb.XİN – in mətbuat xidmətindən APA – ya verilən məlumata görə, vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin məqsədi Azərbaycan və Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün qarşılıqlıq prinisipi əsasında vizaların verilməsinin sadələşdirilməsidir. Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycanla Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq. Readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.  Sazişə əsasən aşağıdakı istiqamətlərdə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur:  (I)Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi; (II)Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi; (III)Viza ərizəsinə baxılması müddətinin qısaldılması; (IV)Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi;  (I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi Beş il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi aşağıdakı kateqoriyadan olan vətəndaşlara tətbiq edilir: -Hər iki tərəfin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar;-Görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökümətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri.Bir il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizaları əvvəlki il ərzində ən azı bir dəfə viza almış və səfər etdikləri dövlətin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlara tətbiq edilir: -Təlim və ya təhsil kursları, eləcə də mübadilə proqramlarında iştirak etmək məqsədilə ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;-Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;-Qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;-Azərbaycan və Avropa İttifaqı üzv dövlətlərinin əraziləri arasında beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər; -Tibbi məqsədlərlə mütəmadi əsasda səfər etmək ehtiyacı olan şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;-Beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;-Mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədilə mütəmadi olaraq səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;-Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;-Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;-Rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri; -İş adamları və kommersiya təşkilatlarının nümayəndələri. Bu kateqoriyadan olan şəxslər səfər etdikləri dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə iki il ərzində bir illik çoxdəfəli vizalardan istifadə etdikləri halda, ən azı iki və ən çoxu beş il etibarlılıq müddəti olmaqla, onlara çoxdəfəli giriş vizaları rəsmiləşdirilə bilər. Saziş Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsi məsələsini əhatə edir. Bu sadalanan şəxslər turist məqsədilə deyil, məhz peşəsi və ya üzrlü səbəblərlə (yəni müalicə və ya dəfndə iştirak) əlaqədar səfər etdikləri zamanı sadələşdirilmiş qaydada viza ala biləcəklər. (II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi  Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avro müəyyən edilmişdir. İştirakçı ölkələr viza rəsmiləşdirilməsi üçün kənar xidmət göstərən yardımçı şirkətlərlə əməkdaşlıq etdikləri halda, bu şirkətlər tərəfindən xidmətlər üçün əlavə ödəniş alına bilər. Bu halda  xidmət üzrə ödənişin məbləği 30 avrodan artıq olmamalıdır. Aşağıdakı kateqoriyalardan olan şəxslərin viza ərizəsinə baxılması rüsumdan azad edilir: -İştirakçı ölkələrin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar, babalar, nənələr və nəvələr;-Rəsmi nümayəndə heyətlərinin üzvləri;-Mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səfər edən şagird, tələbə və onları müşayiət edən müəllimlər və doktorantlar;-Əmək qabiliyyəti olmayan şəxslər və zəruri hallarda onları müşayiət edən şəxslər;-Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;-Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;-Təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək kimi hallar daxil olmaqla, humanitar əsasda səfərlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və bu şəxsləri müşayiət edənlər;-Təhsil kursları, seminar və konfranslarda iştirak məqsədilə səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;-Təqaüdçülər;-12 yaşadək olan uşaqlar;-Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət. (III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması   Viza ərizələrinə baxılması müddəti 10 təqvim gündür. Əlavə araşdırma tələb olunduğu təqdirdə, baxılma müddəti 30 təqvim gününə qədər uzadıla bilər. (IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi Diplomatik pasporta malik olan şəxslər vizadan azadan edilərək, sərbəst, yəni vizasız səfər etmək imkanı əldə edəcəklər. Sazişin müddəaları Avropa İttifaqının üzv dövlətləri olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya Krallığı (Birləşmiş Krallıq) və İrlandiya, eləcə də Şengen Sazişinə qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteynə münasibətdə tətbiq edilməyəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Bosniya və Herseqovina, Sinqapur vətəndaşları üçün birillik vizasız rejim tətbiq edib
Siyasət 19:00
Azərbaycan Bosniya və Herseqovina, Sinqapur vətəndaşları üçün birillik vizasız rejim tətbiq edib
Sevil Əliyeva Azərbaycana köçdüyünü açıqlayıb
Siyasət 11:06
Sevil Əliyeva Azərbaycana köçdüyünü açıqlayıb
İlham Əliyev İsveçrə prezidentini milli bayram münasibətilə təbrik edib
Siyasət 10:49
İlham Əliyev İsveçrə prezidentini milli bayram münasibətilə təbrik edib
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Siyasət 23:43
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Prezidentin sosial şəbəkə hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb
Siyasət 20:02
Prezidentin sosial şəbəkə hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb
Prezidentin Qırğızıstana səfəri başa çatıb
Siyasət 19:30
Prezidentin Qırğızıstana səfəri başa çatıb
"Mərkəzi Asiya–Azərbaycan" formatında ilk sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək
Siyasət 13:41
"Mərkəzi Asiya–Azərbaycan" formatında ilk sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək
Prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Siyasət 09:44
Prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Əliyev: Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitləri artırılacaq
Siyasət 09:12
Əliyev: Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitləri artırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol